Xavi Hernandes "Barselona" klubunda qalmaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. İspan mütəxəssis 2025-ci ilədək Kataloniya təmsilçisini çalışdıracaq.
Klubun prezidenti Joan Laporta sabah rəsmi olaraq qərarı açıqlayacaq.
Qeyd edək ki, daha öncə klub tərəfindən elan edilmişdi ki, Xavi cari mövsümün sonunda komandadan gedəcək.