AZ

Xavi "Barselona"dakı gələcəyi ilə bağlı sualı cavablandırıb

...“Barselona”nın baş məşqçisi Xavi İspaniya Primerasının 34-cü turunun matçında “Jirona”ya məğlubiyyətdən (2:4) sonra “mavi qranat” düşərgəsində gələcəyi ilə bağlı sualı cavablandırıb.

...Gələcəyim haqqında yenidən müzakirə açmağa hazırammı? Xeyr!

SİA-nın əldə etdiyi məlumata görə, “Mundo Deportivo” bunu Xavidən sitat gətirib.

Qeyd edək ki, qələbədən sonra "Jirona" 2023/2024 mövsümü üçün İspaniya Primerasının turnir cədvəlində ikinci yerə yüksəlib.

Komanda 34 oyunda 74 xal toplayıb. Bunun sayəsində "Jirona" 73 xalla 3-cü yerə enən "Barselona"nı qabaqlayıb.

Qeyd edək ki, yanvarda Xavi Kataloniya komandasının baş məşqçisi postundan vaxtından əvvəl istefa verdiyini açıqlamışdı. Son vaxtlar mediada Xavinin qərarına yenidən baxa biləcəyi ilə bağlı məlumatlar aktiv şəkildə müzakirə olunur.

Apreldə isə mütəxəssis əslində klubda qalacağını açıqlayıb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
272
50
sia.az

10Mənbələr