AZ

"Barselona"da Xavi ilə davam etməmək qərarı verildi

"Barselona"da Xavi ilə davam etməmək qərarı verildi

“Barselona”nın prezidenti Laporta klubun idman komissiyasına yeni məşqçi tapmağı tapşırıb.



Mövsümün ortasında gələn il komandada olmayacağını açıqlayan, lakin sonradan fikrini dəyişən Xavinin "Barselona"dan ayrılacağı öyrənilib.

"Barselona"nın prezidenti Joan Laporta dünən günorta saatlarında Deko, Yuste və Solerin iştirak etmədiyi iclas keçirib və klubun idman komissiyasına yeni məşqçi tapmağı tapşırıb.

RAC1-in məlumatına görə, Xavi Hernandez komandada davam etməyəcək.

İddialara görə, Xavinin çərşənbə günü keçirdiyi mətbuat konfransında dedikləri bu qəfil dəyişiklikdə təsirli olub. Xavi klubun maliyyə imkanlarının olmadığını bildirərək, heyəti gücləndirəcək oyunçulara ehtiyacı olduğunu bildirib. O, bu şərtlər altında "Real Madrid"ə qarşı mübarizə aparmağın çox çətin olacağını vurğulayıb.

Xavinin açıqlamalarından sonra Laportanın çox əsəbiləşdiyi və "Almeriya" matçını izləməyə getmədiyi öyrənilib.

Laporta Xavinin Braziliyadan transfer olunan Vitor Roke haqda dediyi sözlərə də sərt münasibət bildirib.

Qeyd edək ki, "Barselona"da Xavidən sonrakı dövr üçün Hansi Flik və Rafa Markesin adları çəkilir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
50
afn.az

10Mənbələr