AZ

"Barselona"da yenə ara qarışdı: Xavinin sözləri prezidentin xətrinə dəyib

"Barselona"nın düşərgəsində yenidən qalmaqal yaşanır.

Publika.az xəbər verir ki, Kataloniya klubunun prezidenti Xoan Laporta baş məşqçi Xavi ilə əməkdaşlığı davam etdirməkdən imtina etmək imkanını nəzərdən keçirir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Laporta məşqçinin İspaniya çempionatının 36-cı turunun “Almeriya” ilə oyunundan (2:0) əvvəl “Barselona”nın növbəti mövsümdəki maliyyə vəziyyəti ilə mübarizə aparmağın çətin olacağını söyləməsindən çox məyus olub. "Barsa"nın prezidenti hesab edir ki, klubun iqtisadi vəziyyəti ona şərait yaratmağa imkan verir. Buna görə də o, Xavi ilə əməkdaşlığı davan etdirmək istəmir.

Xatırladaq ki, Xavi mövsümün gedişində Kataloniya klubundan ayrılmaq niyyətində olduğunu bildirmişdi. Ancaq 3 həftə əvvəl klub və ispaniyalı mütəxəssi əməkdaşlığın davam edəcəyini açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
50
publika.az

10Mənbələr