Demokrat.az mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədovun fikirlərini öyrənib.
Ceyhun Məmmədov bildirib ki, hicaba görə heç kim işindən uzaqlaşdırıla bilməz:
“Azərbaycan qanunvericiliyinə əsasən, hər bir insanın dini etiqad azadlığı var. Hər bir insan sərbəst şəkildə öz etiqadını ifadə edə bilər. Əgər onun etiqadı qanunları pozmursa, insanpərvərlik prinsplərinə zidd deyilsə, o öz etiqadını ifadə edə bilər. Heç kim hicaba, namaza görə işindən uzaqlaşdıra bilməz. Yəni buna hansısa problem və ya məhdudiyyət yaradıla bilməz.
Bu gün Azərbaycanda çoxlu sayıda hicablı qadın və ibadət edən insan sərbəst şəkildə işləyirlər, öz inanclarını və etiqadlarını ifadə edirlər. Bu məsələdə hər hansı problem və ya qadağa ola bilməz. Bununla bağlı ölkəmizdə tam azadlıq var.
Gələcəkdə də əgər belə bir hadisələr baş verərsə, araşdırılaraq qanun pozuntusuna yol verən şəxslərlə bağlı araşdırma aparılaraq, onlarla bağlı tədbir görüləcək. Çünki bu insan hüquq və azadlıqlarının pozulmasıdır”.
Mehriban Mirzəzadə
Demokrat.az
10Источники
-
baki-xeber.com“Hicablı müəllimlər MİQ-də hicaba görə kəsildi” iddiaları aydınlaşdı... ( 10366029)
-
demokrat.az“Dinlə məktəbi üz-üzə qoymaq xarici düşmənlərə xidmətdən başqa bir şey deyil” —İlahiyyatçı ( 10344658)
-
hurriyyet.azDeputat: “Hicaba görə heç kim işdən uzaqlaşdırıla bilməz” ( 10317451)
-
demokrat.azDeputat: “Hicaba görə heç kim işdən uzaqlaşdırıla bilməz” ( 10313476)
-
oxu24.comHicablı müəllimlər müsahibədən kənarlaşdırılır? - RƏSMİ AÇIQLAMA ( 10298785)
-
buta.mediaHicablı müəllimlər müsahibədən kənarlaşdırılıb? - açıqlama ( 10295224)
-
sitat.infoHicablı müəllimlər müsahibədən kənarlaşdırılıb? - Rəsmi açıqlama ( 10293741)
-
turanpress.com“Müəllimlərin vahid geyim forması olmalıdır” ( 10103728)
-
azedu.az“Müəllimlərin vahid geyim forması olmalıdır” ( 10099101)
-
bizim.mediaÇətinliklə qarşılaşan valideynlər - 3 minə yaxın uşaq niyə birinci sinfə QƏBUL EDİLMƏYİB? ( 10085440)