AZ

Deputat: “Hicaba görə heç kim işdən uzaqlaşdırıla bilməz”

Xəbər verdiyimiz kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bəzi hicablı müəllimlərin müsahibə mərhələsindən kənarlaşdırılmasına dair sosial şəbəkələrdə iddialar yayılıb. Daha sonra isə səsləndirilən fikirlərlə bağlı açıqlama verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli iddiaları əsassız adlandırıb.

Demokrat.az mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədovun fikirlərini öyrənib. 

Ceyhun Məmmədov bildirib ki, hicaba görə heç kim işindən uzaqlaşdırıla bilməz:

“Azərbaycan qanunvericiliyinə əsasən, hər bir insanın dini etiqad azadlığı var. Hər bir insan sərbəst şəkildə öz etiqadını ifadə edə bilər. Əgər onun etiqadı qanunları pozmursa,  insanpərvərlik prinsplərinə zidd deyilsə, o öz etiqadını ifadə edə bilər. Heç kim hicaba, namaza görə işindən uzaqlaşdıra bilməz. Yəni buna hansısa problem və ya məhdudiyyət yaradıla bilməz. 

Bu gün Azərbaycanda çoxlu sayıda hicablı qadın və ibadət edən insan sərbəst şəkildə işləyirlər, öz inanclarını və etiqadlarını ifadə edirlər. Bu məsələdə hər hansı problem və ya qadağa ola bilməz. Bununla bağlı ölkəmizdə tam azadlıq var. 

Gələcəkdə də əgər belə bir hadisələr baş verərsə, araşdırılaraq qanun pozuntusuna yol verən şəxslərlə bağlı araşdırma aparılaraq, onlarla bağlı tədbir görüləcək. Çünki bu insan hüquq və azadlıqlarının pozulmasıdır”.


Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
112
33
demokrat.az

10Mənbələr