EN

Super Liqa: “Qaziantep” yeni mövsümə qələbə ilə başladı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Rizəspor” – “Başakşəhər” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Debütant “Bodrumspor”un qonağı olan “Qaziantep” isə səfərdən minimal hesabla qalib qayıdıb.

Qeyd edək ki, yeni mövsümün ilk turunda “Kayserispor” istirahət edib.

Türkiyə, Super Liqa
1-ci tur
9 avqust

Qalatasaray – Hatayspor 2:1
Qollar: İkardi, 80-pen. Batşuayi, 90 – J.Fernandes, 52.

10 avqust

Kasımpaşa – Konyaspor 2:3
Qollar: Da Kosta, 48. Vink, 74 – Pedrinyo, 7. Aleksiç, 81. U.Nayir, 89.

Antalyaspor – Göztəpə 0:0

Fənərbaxça – Adana Dəmirspor 1:0
Qol: Dzeko, 34.

11 avqust

Sivasspor – Trabzonspor 0:0

Alanyaspor – Eyüpspor 1:1
Qollar: Kordova, 76 – Says, 64.

Samsunspor – Beşiktaş 0:2
Qollar: Rafa Silva, 31. Qabriel Paulista, 36.

12 avqust

Bodrumspor – Qaziantep 0:1
Qol: Saborit, 90+7.

Rizəspor – Başakşəhər 1:1
Qollar: Alikulov, 45+6 Fiqeyredo, 39.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
17
arena.az

10Sources