AZ

Robert Andrix “Bayer”lə yeni müqaviləyə imza atdı

“Bayer”in və Almaniya milli komandasının dayaq yarımmüdafiəçisi Robert Andrix Bundesliqa klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

29 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Əvvəlki müqavilə 2026-cı ilin 30 iyununda başa çatacaqdı.

Robert Andrix 2021-ci ilin avqust ayından “Bayer” klubunun formasını geyinir. Ötən mövsüm 45 matçda iştirak edən yarımmüdafiəçi 6 qola, 5 məhsuldar ötürməyə imza atıb. Onun “Bayer” karyerası bütövlükdə 118 oyun, 16 qol və 10 məhsuldar ötürmədən ibarətdir.

Andrix Leverkuzen klubu ilə 2023/2024 mövsümündə Almaniya Bundesliqasının və Almaniya Kubokunun qalibi olub.

Təcrübəli yarımmüdafiəçi “Bayer”dən öncə “Vehen”, “Union Berlin”, “Herta”, “Haydenhaym”, “Dinamo” (Drezden) kimi klublarda forma geyinib. Robert Almaniyanın U-18, U-19 və U-20 yığmalarında da oynayıb. 2023-cü ilin noyabrında əsas millidə debüt etmiş Andrix, Bundestimin heyətində 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 17 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
17
arena.az

10Mənbələr