AZ

Jorjinyo Rutter “Brayton” tarixinin ən bahalı transferi oldu!

İngiltərənin “Lids” klubunun hücumçusu Jorjinyo Rutter bundan sonra Premyer Liqa təmsilçisi “Brayton”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bu transfer üçün “Brayton” qarşı tərəfə 46,7 milyon avro ödəyib. Bu isə klub tarixində yeni rekorddur. 22 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Jorjinyo Rutter Fransanın “Vann” klubunun yetirməsi olsa da, peşəkar karyerasında “Renn”də başlayıb. Almaniyada “Hoffenhaym”ın da uğurları üçün çalışmış hücumçu, 2023-cü ilin yanvarında məhz bu klubdan 41 milyon avro müqabilində “Lids”ə keçmişdi. Fransalı futbolçu Çempionşip təmsilçisinin heyətində 66 ouuna 8 qol vurub, 18 məhsuldar ötürmə müəllifi olub.

Rutter Fransanın U-15, U-16, U-17, U-18, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Brayton” qanalı sol vingeri İbrahim Osmanı da Niderlandın “Feyenoord” klubuna icarəyə verib. 19 yaşlı futbolçu 2025-ci ilin 30 iyununa kimi icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Onun “Brayton”la 2029-cu ilin 30 iyununa qədər müqaviləsi var.

İbrahim Osman Qananın “Right to Dream” futbol akademiyasında yetişib. O, 2023-cü ilin yanvarında Danimarkanın “Nordsyelland” klubuna cəlb olunub. Qanalı vinger Danimarka klubunun əsas komandasında 54 oyun keçirib, 10 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Bu üzdən də o, “Brayton” skautlarının diqqətini çəkib. İngiltərə klubu İbrahim Osmanı bu yay 19,5 milyon avro müqabilində heyətə qatmışdı.

19 yaşlı futbolçu artıq Qananın əsas yığmasında 2 oyun da keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
17
arena.az

10Mənbələr