AZ

Oliver Skipp “Lester Siti”də - “Tottenhem”in qazancı bəlli oldu

İngiltərənin “Tottenhem” klubunun dayaq yarımmüdafiəçisi Oliver Skipp bundan sonra “Lester Siti”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubları rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Lester Siti” ingilis futbolçunun transferini 23,5 milyon avroya rəsmiləşdirib. 23 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalayıb.

Oliver Skipp “Tottenhem”in öz yetirməsidir. Gənc yarımmüdafiəçi London klubunun əsas komandasında 106 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, 2020/2021 mövsümündə “Norviç Siti”də icarədə də olub – 47 oyun, 1 qol və 2 assist.

Skipp İngiltərənin U-16, U-17, U-18 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə hələ debüt şansı qazanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
17
arena.az

10Mənbələr