AZ

Vüsal İsgəndərlinin komandası yenə baş məşqçisiz qaldı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi Türkiyənin “Boluspor” klubu baş məşqçisi Serhat Gülpınarla yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi ilə gənc mütəxəssis arasında baş tutan görüşdən sonra bu qərarın qəbul olunduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, Serhat Gülpınar bu il iyulun 18-də “Boluspor”un baş məşqçisi təyin olunmuşdu. 45 yaşlı mütəxəssis bu komandanı cəmi 4 oyuna çıxarıb. Bu görüşlərdə 1 qələbə qazanıb, 2 heç-heçə etmiş Bolu klubu 1 məğlubiyyətə üzülüb. Azərbaycanlı futbolçu da bu oyunlardan üçündə iştirak edib.

Vüsal İsgəndərlinin komandası Birinci Liqada 4 turdan sonra 5 xalla 13-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avro müqabilində keçib. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var. Azərbaycanlı hücumçu “Boluspor”da indiyə qədər 17 oyun keçirsə də, hələ də məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
17
arena.az

10Mənbələr