EN

Şərurda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Daşarx ərazisində qeydə alınıb. İki avtomobil toqquşması nəticəsində Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Ələkbərov Rahib Mahir oğlu ölüb.

Avtomobildə olan digər sərnişin, 1993-cü il təvəllüdlü, Siyaqut kənd sakini Məmmədova Şəfəq Vaqif qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Kəllə beyin travması alan Ş.Məmmədovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
281
4
apa.az

10Sources