AZ

Şərurda ağır qəzaya düşən cütlüyün yaxın vaxtlarda toyu olacaqdı

Şərurda qəzaya düşən cütlük nişanlı olub.

Oxu.az "Şərq qapısı"na istinadən xəbər verir ki, ötən gecə rayonun Aşağı Daşarx kəndində baş verən qəzada avtomobildə olan Rahib Ələkbərov və Şəfəq Məmmədova nişanlı olublar.

Hadisə nəticəsində Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Rahib Mahir oğlu Ələkbərov vəfat edib. Nişanlısı 1993-cü il təvəllüdlü, Aşağı Daşarx kənd sakini Şəfəq Vahid qızı Məmmədova isə xəsarət alıb.

Qeyd edək ki, gələn həftə cütlüyün toyu olacaqdı.

Əzizə İsmayılova

Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Aşağı Daşarx kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Rahib Mahir oğlu Ələkbərov ölüb, 1993-cü il təvəllüdlü Şəfəq Vaqif qızı Məmmədova isə xəsarət alıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Kəllə-beyin travması alan Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
4
seher.media

10Mənbələr