AZ

Şərurda iki avtomobil toqquşdu:Ölən və xəsarət alan var

Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Aşağı Daşarx kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Ələkbərov Rahib Mahir oğlu ölüb, 1993-cü il təvəllüdlü Məmmədova Şəfəq Vaqif qızı isə xəsarət alıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Kəllə-beyin travması alan Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

(report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
avtosfer.az

10Mənbələr