AZ

HadisəŞərurda ağır qəzaya düşən cütlüyün yaxın vaxtlarda toyu olacaqdı - FOTO - YENİLƏNİB

SİZİN REKLAM BURADA!055 213 76 73

Şərurda qəzaya düşən cütlük nişanlı olub.

Far.Az "Şərq qapısı"na istinadən xəbər verir ki, ötən gecə rayonun Aşağı Daşarx kəndində baş verən qəzada avtomobildə olan Rahib Ələkbərov və Şəfəq Məmmədova nişanlı olublar.

Hadisə nəticəsində Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Rahib Mahir oğlu Ələkbərov vəfat edib. Nişanlısı 1993-cü il təvəllüdlü, Aşağı Daşarx kənd sakini Şəfəq Vahid qızı Məmmədova isə xəsarət alıb.

Qeyd edək ki, gələn həftə cütlüyün toyu olacaqdı.

***07:59

Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az report-a istinadən xəbər verir ki, hadisə Aşağı Daşarx kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Ələkbərov Rahib Mahir oğlu ölüb, 1993-cü il təvəllüdlü Məmmədova Şəfəq Vaqif qızı isə xəsarət alıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Kəllə-beyin travması alan Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Far.Az QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
4
far.az

10Mənbələr