AZ

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SiA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Daşarx kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Ələkbərov Rahib Mahir oğlu həyatını itirib. Avtomobildə olan digər sərnişin, 1993-cü il təvəllüdlü, Siyaqut kənd sakini Məmmədova Şəfəq Vaqif qızı xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Kəllə-beyin travması alan Ş.Məmmədovun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
sia.az

10Mənbələr