EN

Xosep Qvardiola: “Mançester Siti”dən ayrılmağa daha yaxınam”

Premyer Liqanın sonuncu qalibi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubundakı gələcəyi barədə danışıb.

Arena.az ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Gerçəklik budur ki, mən indi qalmaqdan daha çox, ayrılmağa yaxınam. Klubla müzakirə etmişik, hiss edirəm ki, qalmaq istəyirəm. Növbəti mövsümdə qalacağam və vaxt irəlilədikcə klubla danışacağam. Baxarıq”, deyə “Pep” bildirib.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 472 oyun keçiriblər, 349 qələbə qazanıb, 57 heç-heçə ediblər, 66 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1196:419 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, Qvardiola “Mançester Siti”dən öncə İspaniyanın “Barselona” və Almaniyanın “Bayern” klublarına da uğurla rəhbərlik edib. O, bu klublarla da çoxsaylı titullara sahib çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
1
arena.az

10Sources