AZ

Qvardiola “Mançester Siti”nin gələcək baş məşqçisini açıqladı

“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola “şəhərlilər”in gələcək baş məşqçisinin adını açıqlayıb.

Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, Qvardiola belçikalı mütəxəssis Vensan Kompanini “Mançester Siti”nin gələcək məşqçisi adlandırıb:

“Vensan Kompani “Mançester Siti”nin gələcək baş məşqçisi olacaq, mənim sözlərimi yadınızda saxlayın. Bəli, bu, mütləq baş verəcək. Bu baş verənədə, sən mənə zəng edəcəksən”, deyə “Pep” qətiyyət və əminliklə bildirib.

Xatırladaq ki, Vensan Kompani hazırda, 2022-ci ilin iyulundan çalışdırdığı “Börnli”nin sükanı arxasındadır. Belçikalı mütəxəssisin Lankaşir təmsilçisi ilə müqaviləsi 2028-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir. Artıq başa çatmış Premyer Liqa mövsümündə “Börnli” yarış cədvəlində sonuncudan əvvəlki, 19-cu yeri tutaraq, Çempionşipə yuvarlanıb. Buna rəğmən, Almaniya nəhəngi “Bayern”in Kompaninin xidmətində maraqlı olduğu, tərəflər arasında fəal danışıqların getdiyi vurğulanır.

Xatırladaq ki, Vensan Kompani bir müddət Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb və ispan mütəxəssisdən futbol məşqçiliyinin bir çox sirlərini mənimsəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
20
arena.az

10Mənbələr