AZ

"Mançester Siti" Qvardiola ilə bağlı qərarını verib

Pep Qvardiolanın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna qədərdir.

90deqiqe.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "Siti" ispan mütəxəssislə müqaviləni uzatmaq istəyir.

Bildirilir ki, "Mançester Siti" Qvardiolaya təzyiq etməyəcək - gələcəklə bağlı qərar tamamilə məşqçinin əlindədir. Qvardiola müqavilə imzalasa, çox güman ki, "Mançester Siti"də on ildən çox keçirəcək.

İspaniyalı mütəxəssis 2016/2017-ci il mövsümü başlamazdan əvvəl ingilis komandasını qəbul edib. O vaxtdan bəri “şəhərlilər” artıq 17 kubok qazanıblar. Şənbə günü, mayın 25-də İngiltərə kubokunun finalında "Mançester Siti" "Mançester Yunayted"lə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
20
90deqiqe.az

10Mənbələr