AZ

Qvardiola: “Mən kubok qazanmamış məşqçiləri uğursuz saymıram”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında çalışan həmkarları haqda danışıb.

Arena.az jurnalist Ben Ceykobsa istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdiim edir:

“Siz qalib gəlməlisiniz. Ancaq yalnız bir məşqçi qənimət qazana bilər. Bu o deməkdirmi ki, yerdə qalan hamı uğursuzlardır? Mən belə düşünmürəm. Premyer Liqanı qazanmasaydım, özümü uğursuz kimi hiss etməzdim. “Arsenal”ın belə bir şey hiss etdiyini düşünmürəm, çünki onlar inanılmaz çıxış etdilər”, deyə “Pep” xüsusilə vurğulayıb.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə cari əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 471 oyun keçiriblər, 349 qələbə qazanıb, 57 heç-heçə ediblər, 65 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1195:471 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 2 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

İspan mütəxəssisin cari mövsümdə İngiltərə Premyer Liqasının qalibi olması isə “şəhərlilərin” müvafiq yarışda ardıcıl dördüncü zəfəridir ki, bu da İngiltərə Premyer Liqasının mütləq rekordu kimi tarixə düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
20
arena.az

10Mənbələr