AZ

FutbolXosep Qvardiola "Mançester Siti"nin gələcək məşqçisinin adını açıqlayıb

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Vinsent Kompanini "şəhərlilərin" gələcək məşqçisi adlandırıb.

“Report” xəbər verir ki, ispaniyalı mütəxəssisin sözlərinə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsində istinad edir.

"Vinsent Kompani "Mançester Siti"nin gələcək məşqçisi olacaq, sözlərimi yadda saxlayın. Bəli, mütləq olacaq. Bu baş verəndə mənə zəng edəcəksən", - paylaşımda qeyd edilir.

Daha əvvəl Kompaninin "Bavariya"nın baş məşqçisi vəzifəsinə təyin olunması şansına yaxın olduğu bildirilib. Hazırda belçikalı "Bernli"yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda İngiltərə Premyer Liqasından 24 xal toplayaraq ötən mövsümün sonunda sonuncu, 19-cu yeri tutdu.

Mütəxəssis eyni zamanda "Anderlext"in baş məşqçisi vəzifəsində çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
20
far.az

10Mənbələr