Tbilisidə ənənəvi şəhər festivalı ləğv olundu

Tbilisidə hər il oktyabr ayında qeyd olunan "Tbilisoba” şəhər bayramı bu il keçirilməyəcək.

Bu barədə şəhər meriyası qərar qəbul edib.

Tbilisi meri Kaxa Kaladze bildirib ki, cari epidemioloji vəziyyəti nəzərə alaraq festivalı təxirə salıblar.

O deyib ki, "Tbilisoba” ilə bağlı yalnız onlayn formatda canlı yayımda konsert proqramları təqdim olunacaq.

Qeyd edək ki, Gürcüstan paytaxtında "Tbilisoba” şəhər bayramı 1979-cu ildən keçirilir. Əvvəllər bu şənlik oktyabr ayının sonunda təşkil olunsa da, 2018-ci ildən etibarən ayın ilk bazar günləri qeyd edilir. /report

0
395
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar