AZ

"Sumqayıt"ın baş məşqçisi "Barselona"nın prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun "Barselona" klubundatəcrübə proqramı davam edir.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu “Gənclik şəhəri” təmsilçisininmətbuat xidməti açıqlayıb.

Abasov proqram çərçivəsində "Barselona" Akademiyasının - "LaMasiya"nın fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente iləgörüşüb. Mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları vəonların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanışolub.

O, səfər çərçivəsində, həmçinin, "Barselona" B komandasının başməşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb. Başməşqçi ötən gün əsas komandanın məşqini izləyib və "Barselona"nınprezidenti Joan Laporta ilə də görüşüb.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla