AZ

Xabi Alonso “Real”ın futbolçusunu istəyir

“Real”ın müdafiəçisi Rafa Marin karyerasını Almaniya çempionatında davam etdirə bilər

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı futbolçu ilə “Bayer” maraqlanır. Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso şəxsən onun transferində israrlıdır.

Marin hazırda icarə əsasında “Alaves”də çıxış edir. Bu mövsüm 21 yaşlı müdafiəçi bütün turnirlərdə 31 oyun keçirib və heç bir qol vurmayıb.

Onun “Alaves”lə icarə müqaviləsi 2024-cü il iyunun 30-na kimidir.

 

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla