AZ

KİV: Blinken İsrailə səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.

APA xəbər verir ki, bu barədə İsrail mediası xəbər yayıb.

Medianın xəbərinə görə, ABŞ dövlət katibi aprelin 30-da İsrailə gedəcək.

Bu, HAMAS-ın 7 oktyabrda İsrailin cənubunda törətdiyi qırğından sonra Blinkenin bölgəyə yeddinci səfəri olacaq.

"KAN" radiosu isə məlumat yayıb ki, Blinken İsrail ordusunun Rəfahda gözlənilən əməliyyatı, həmçinin döyüşlərin dayandırılması və oktyabrın 7-dən bəri Qəzzada saxlanılan 100-dən çox girovu azad etmək üçün razılaşma əldə etmək səylərini müzakirə etmək üçün İsrailə gəlir.

Seçilən
38
2
Mənbələr
Şərh ()
Bağla