AZ

“Kalkan” PUA-nın növbəti uçuş sınağı həyata keçirilib

Türkiyənin “Baykar” şirkəti tərəfindən inkişaf etdirilən “Kalkan” pilotsuz uçuş aparatının (PUA) 40-cı uçuş sınağı həyata keçirilib.

“Poliqon” “Baykar”a istinadən xəbər verir ki, sınaq zamanı 2 saat 30 dəqiqə havada qalan “Kalkan”ın sistem identifikasiyası testi icra olunub.

Qeyd edək ki, vertikal qalxma-enmə (VTOL) xüsusiyyətinə sahib olan “Kalkan” gecə-gündüz kəşfiyyat, müşahidə və hədəf aşkarlama missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub. PUA avtomatik marşrut izləmə, hədəf izləmə, dövrə vurma və evə qayıtma rejimlərinə malikdir.

4 ədəd elektrik mühərriki və 1 ədəd az sərfiyyatlı benzin mühərriki ilə işləyən “Kalkan” elektrik mühərrikləri ilə şaquli olaraq qalxır və daha sonra yalnız benzin mühərrikindən istifadə edərək kruiz uçuş rejiminə keçir. Bu mühərriklərlə 14.500 fut yüksəkliyə qalxa bilən “Kalkan” PUA 7 saatdan çox missiya uçuşları icra edə bilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
poliqon.az

10Mənbələr