AZ

ABŞ İranın raket və İHA proqramlarını dəstəkləyən 7 şirkət və 5 nəfərə qarşı sanksiya tətbiq edib

ABŞ İranın raket və pilotsuz uçuş aparatları (PUA) proqramlarına kömək etdiyi bildirilən 7 şirkət və 5 şəxsə sanksiya tətbiq etmək qərarına gəlib. Bizimyol.info xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, İran Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyinin (MODAFL) raket və PUA proqramlarına verdiyi dəstəyə görə İran və Çində yerləşən 7 şirkətə sanksiya tətbiq ediləcəyi bildirilib. Məsələ ilə bağlı 5 nəfərə sanksiya tətbiq ediləcəyi bildirilən açıqlamada İranın ballistik raket və PUA proqramlarının həm bölgədə, həm də dünyada mülki insanların həyatını təhlükəyə atdığı qeyd edilib. Bəyanatda: “ABŞ İranın bu ölümcül silahların istehsalına şərait yaradanların həyata keçirdikləri əmələ görə cavab vermələri olacaqlar”, - deyə qeyd edilir. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
bizimyol.info

10Mənbələr