AZ

İranda əvvəllər məlum olmayan yeni ZRK müşahidə edilib

İranın paytaxtı Tehranda yük maşınının şassisində yerləşdirilmiş yeni, əvvəllər məlum olmayan mobil zenit-raket kompleksi (ZRK) görüntülənib.

“Poliqon” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Belə ki, yeni ZRK avqustun 1-də Tehranda yaşayış binaları arasında müşahidə olunub. Bu ZRK 4×4 təkər formullu yük maşınının şassisinə yerləşdirilib, şassinin dayaqları var, kabinanın arxasında, ehtimal ki, idarəetmə məntəqəsi və ya aparat bölməsi, onun arxasında isə generator yerləşir.

Fotodan görünür ki, buraxma qurğusu şaquli müstəvidə qalxma-enmə bucağını dəyişə bilər, bu hidravlikanın olması ilə sübut olunur. Döndərmə mexanizmi isə aydın görünmür, lakin çox güman ki, o  bilavasitə istiqamətləndiricilərin yerləşdiyi yatağın altında yerləşir.

Kiçik ölçülü raketlər dörd nəqletmə-buraxma konteynerinə yerləşdirilir. Çox güman ki, radiolokasiya stansiyası və optik-elektron sistem nəqletmə-buraxma konteynerləri arasında yerləşir.

Şəkildə əks olunan yaxınlıqdakı binada kompleksin bir hissəsi ola biləcək başqa bir maşın var və onun mobil komanda məntəqəsi olduğunu güman etmək olar.

Raketlərin ölçüsünü nəzərə alaraq, yeni kompleksin qısa və ya kiçik hava hücumundan müdafiə üçün təyin edildiyi qənaətinə gəlmək olar. Lakin bu ZRK-nin hansı raketlərdən istifadə etdiyi məlum deyil. Güman etmək olar ki, bunlar həm mövcud “Majid”, “Saqr”, “Qaem” (“Ghaem”) tipli raketlər, həm də yeni raket ola bilər.

Yeni ZRK-nin pilotsuz uçuş aparatlarını (PUA), qanadlı raketləri, helikopterləri və aşağı hündürlükdə uçan hava hədəflərini tutmaq və məhv etmək üçün nəzərdə tutulduğu bildirilir.

Buraxma qurğusunun İranın mövcud AD-08 “Majid” ZRK ilə oxşarlığını nəzərə alsaq, Tehranda qeydə alınan kompleksin onun növbəti inkişafı olduğunu güman etmək olar.

“MilitaryLeak” nəşrinin məlumatına görə, AD-08 “Majid” qısa mənzilli mobil ZRK-də (short-range mobile air defense – SHORAD) istifadə edilən zenit raketi passiv infraqırmızı özütuşlama sistemi ilə təchiz edilib. Raket 700 m-dən 8 km-ə qədər məsafədəki və 20 m-dən 6 km-ə qədər yüksəklikdəki hədəfləri vura bilir. Onun diametri 156 mm, uzunluğu 2670 mm və ümumi çəkisi 75 kq-dır.

AD-08 “Majid” zenit-raket kompleksi yüngül yükgötürmə qabiliyyətinə malik IVECO Daily 4×4 yük maşını və ya F-4.5 Toyota Land Cruiser şassisi əsasında hazırlanmış ARAS-2 4×4 yolsuzluq avtomobili bazasında yerləşir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

454005333

“Majid”, “Saqr”, “Qaem” (“Ghaem”) tipli zenit idarə oçunan raketlər

Əhəd Vahidoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
poliqon.az

10Mənbələr