AZ

Çin quşlardan fərqlənməyən kəşfiyyat PUA-ları hazırlayır - VİDEO

Çin ordusu uzaqdan baxıldığında canlı quşlardan fərqlənməyən pilotsuz uçuş aparatları (PUA) inkişaf etdirərək texnoloji innovasiyanın sərhədlərini növbəti dəfə irəliləyir.

"Cebheinfo.az" xəbər verir ki, Çinin hazırladığı və dəniz piyadalarının istifadə etdiyi quş formalı pilotsuz uçuş aparatları yeni görüntüləri ilə sosial mediada böyük marağa səbəb olub.

Balaca şahin kimi tanınan dron aktiv şəkildə istifadə olunmağa başlayıb.

Dizayn edilən yeni pilotsuz uçuş aparatının hərbi və mülki tətbiqlərdə böyük potensiala malik olduğu bildirilir.

Regional gərginliyin artması və 3-cü Dünya müharibəsi müzakirələrinin yayılması ilə bir çox ölkə müdafiə sənayesi sahəsində sərmayə qoyur. 

Bir-biri ilə yarışan ölkələr böyük sürətlə yeni hərbi texnologiyalar hazırlayırlar. 

Yeni müharibə strategiyalarında pilotsuz uçuş aparatları çox mühüm rol oynayır.  Türkiyə İHA istehsalında ixrac uğuru ilə diqqət çəkərkən, Çin qlobal yarışda da önə çıxır.

Çin Mərkəzi Televiziyası (CCTV) dünyanın ən real quşa bənzər kəşfiyyat PUA-nın görüntülərini yayımlayıb. 

Mütəxəssislər, quş kimi qanadlarını çırpmaq üçün hazırlanmış yeni pilotsuz uçuş aparatının hərbi və mülki tətbiqlərdə böyük potensiala malik olduğunu bildirirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
cebheinfo.az

10Mənbələr