AZ

Cəbhədə PUA-lar artıq effektivliyə görə artilleriyanı üstələyir – Lebedenko

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının müavini Andrey Lebedenko bildirib ki, döyüş meydanında pilotsuz uçuş aparatları hətta artilleriyadan da effektivdir.

Qaynarinfo Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verir ki, o, bunu pilotsuz uçuş aparatlarına həsr olunmuş Precision yarışı çərçivəsində deyib 

Lebedenko qeyd edib ki, son üç il ərzində döyüş meydanında mühüm texnoloji dəyişikliklər baş verib.

"Silahlı Qüvvələrin komandanlığı bu texnoloji perspektivi görür. Bizə əsas odur ki, hərbçilərimizin həyatını xilas etmək üçün ən təsirli həll yollarını tapaq”, - deyə Baş komandanın müavini bildirib.

Lebedenko vurğulayıb ki, cəbhədə pilotsuz sistemlər "artilleriya da daxil olmaqla klassik silah növlərindən effektivlik baxımından artıq üstündür”.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri və silah istehsalçıları üçün prioritet sahələr həm də texnoloji sahələrdir. Söhbət operativ (100 km-ə qədər) və strateji dərinliklərdə (100 km-dən çox) effektiv işləməyə qadir olan sistemlərdən, artilleriya atəşinin korreksiyası sistemlərindən, əks-batareya mübarizəsi və pilotsuz sistemlərdən gedir.

Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, polkovnik Vadim Suxarevski bildirib ki, pilotsuz sistemlər səmada, suda və yerdə işləyir.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri taktiki dərinlikdə (20 km-ə qədər) fəaliyyət göstərən pilotsuz uçuş aparatları ilə işləmək üzrə böyük təcrübəyə malikdir. Ukrayna ordusunun 165-dən çox hava vasitəsi var.

"Biz indi istehsalçılarla əlaqə saxlayır, bu dərinliyi yaxşılaşdırmaq üçün istiqamətləri müəyyənləşdiririk. Biz istehsalçıları bizə qoşulmağa, poliqonlarımızı ziyarət etməyə və birlikdə Ukrayna Silahlı Qüvvələri üçün lazım olan silah və texnikanı təkmilləşdirməyə çağırırıq”, - komandan əlavə edib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
qaynarinfo.az

10Mənbələr