AZ

ABŞ terrorçuları Türkiyəyə qarşı silahlandırır - Foto

ABŞ

ABŞ Suriya və İraqda PKK-ya dəstəyini davam etdirir. Vaşinqton Türkiyə dronlarından qorumaq üçün Suriyadakı PKK terrorçularına hava hücumundan müdafiə sistemləri göndərib. ABŞ Türkiyənin pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün terrorçulara kamikadze İHA-lar da verib.

Reyting.az
-ın xəbərinə görə, PKK-nın Suriyadakı düşərgələrindən qaçaraq Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçular etiraf ediblər ki, ABŞ PKK-ya yüzlərlə TIR silah-sursat, kilometrlərlə yüksəkliyə çata bilən yeni kamikadze dronları göndərib.

Terrorçular Türkiyə dronlarını hədəfə almaq üçün ABŞ-nın nəzarətində hazırlanan kamikadze dronların terrorçulara çatdırılması ilə bağlı məlumatlar paylaşıblar. Onlar kilometrlərlə yüksəkliyə çata bilən ABŞ kamikadze dronlarının havada PUA-lara çırpılaraq onları endirməyə çalışdığına da diqqət çəkib. Beləcə, ABŞ-nın Türkiyə dronlarını vurmaq və ya zərərləşdirmək üçün PKK-ya pilotsuz kəşfiyyat aparatları verdiyi etiraf edilib.



Təhlükəsizlik qüvvələrinə təslim olan terrorçular bildiriblər ki, ABŞ-nın Hasəkədə yerləşən bazasında PPK-çılara texniki cihazlarla bağlı təlim də keçirlər.

“Model təyyarələrin və dronların altına bombaatan, minaatan və qumbaraatanlar yerləşdirilir. PKK terrorçularına pilotsuz və model təyyarələr çatdırılır”, - deyən terrorçuların etiraflarında Fransa və ABŞ-nın Suriyada YPG-yə birgə təlim keçdiyi düşərgəyə də diqqət çəkilib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
50
reyting.az

10Mənbələr