İranın Mazandaran əyalətində Tilar çayının daşması nəticəsində baş verən sel və daşqın nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb.İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, məsələ ilə bağlı Mazandaran əyalətinin Sevadkuh rayonunun qubernatoru Ramazan Qulami məlumat verib.Tilar çayının daşması nəticəsində rayonda çoxlu sayda evə və əkin sahələrinə ziyan dəydiyi, 2 nəfərin itkin düşdüyü bildirilib.Mazenderan Qızıl Aypara Cəmiyyətinin prezidenti Qulaməli Fehari bildirib ki, 15 və 45 yaşlı 2 qadın batıb.Fehari axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta