AZ

İranda sel nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb

İranın Mazandaran əyalətində Tilar çayının daşması səbəbi ilə baş verən sel fəlakəti nəticəsində 2 nəfər həlak olub, 18 nəfər xəsarət alıb.

Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, məsələ ilə bağlı Mazandaran əyalətinin Sevadkuh rayonunun qubernatoru Ramazan Qulami məlumat verib.

Qulami dünən gecə Sevadkuhda baş verən seldə 18 nəfərin yaralandığını deyib.

Tilar çayının daşması nəticəsində rayonda çoxlu sayda evə və əkin sahələrinə ziyan dəydiyi, 2 nəfərin itkin düşdüyü bildirilib.

Mazandaran Qızıl Aypara Cəmiyyətinin prezidenti Qulaməli Fəhari bildirib ki, 15 və 45 yaşlı 2 qadın suda itkin düşüb

Fəhari axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Kənan Yusif 

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
3
sitat.info

7Mənbələr