AZ

İranda daşqın faciəsi: 2 nəfər öldü

İranın Mazandaran əyalətində Tilar çayının daşması nəticəsində baş verən sel fəlakəti nəticəsində ölən və yaralananlar var.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, məsələ ilə bağlı Mazandaran əyalətinin Sevadkuh rayonunun qubernatoru Ramazan Qulami məlumat verib.

Qulami \"Dünən gecə Sevadkuhda baş verən seldə 18 nəfər yaralanıb\" deyə bildirib. Tilar çayının daşması nəticəsində rayonda çoxlu sayda evə və əkin sahələrinə ziyan dəydiyi, 2 nəfərin itkin düşdüyü bildirilib.

Fehari axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.
 
Gülay
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
3
azxeber.com

7Mənbələr