AZ

İranda daşqın nəticəsində 2 nəfər həlak olub, 18 nəfər xəsarət alıb

İranın Mazandaran əyalətində Tilar çayının daşması nəticəsində baş verən sel fəlakəti nəticəsində 2 nəfər həlak olub, 18 nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bildirir ki, məsələ ilə bağlı Mazandaran əyalətinin Sevadkuh rayonunun qubernatoru Ramazan Qulami məlumat verib.

Tilar çayının daşması nəticəsində rayonda çoxlu sayda evə və əkin sahələrinə ziyan dəydiyi, 2 nəfərin itkin düşdüyü bildirilib.

Mazenderan Qızıl Aypara Cəmiyyətinin prezidenti Qulaməli Fehari bildirib ki, 15 və 45 yaşlı 2 qadın suda itib. Fehari axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
operativmm.az

7Mənbələr