AZ

İrandakı seldə itkin düşən və xəsarət alanlar var

İranın Mazandaran əyalətində Tilar çayının daşması nəticəsində baş verən sel fəlakəti nəticəsində 2 nəfər itkin düşüb, 18 nəfər xəsarət alıb.

Bakıvaxtı.az İranın rəsmi xəbər agentliyi “İRNA”ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Mazandaran əyalətinin Sevadkuh rayonunun qubernatoru Ramazan Qulami məlumat verib.

Mazandaran Qızıl Aypara Cəmiyyətinin prezidenti Qulaməli Fehari isə bildirib ki, 15 və 45 yaşlı 2 qadın itkin düşüb.

Fehari axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
bakivaxti.az

7Mənbələr