Şərurda qəzaya düşən cütlük nişanlı olub.
Ötən gecə rayonun Aşağı Daşarx kəndində baş verən qəzada avtomobildə olan Rahib Ələkbərov və Şəfəq Məmmədova nişanlı olublar.
Hadisə nəticəsində Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Rahib Mahir oğlu Ələkbərov vəfat edib. Nişanlısı 1993-cü il təvəllüdlü, Aşağı Daşarx kənd sakini Şəfəq Vahid qızı Məmmədova isə xəsarət alıb.
Qeyd edək ki, gələn həftə cütlüyün toyu olacaqdı.
Oxu.az
Tarix: 26 İyun 2024, 09:57