AZ

Dəhşətli istilər 155 nəfəri öldürdü - Əhaliyə xəbərdarlıq

Meksikada həddindən artıq istilər 155 nəfərin həyatına son qoyub.


Bakupost.az Meksika mətbuatına istinadla xəbər verir ki, 2024-cü ilin əvvəlindən ölkə daxilində həddindən artıq isti hava səbəbindən 155 nəfər ölüb, əksəriyyəti Verakruzdadır.

Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.

Səhiyyə Katibliyinin verdiyi açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb.

Mətbuatda günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi bildirilib.

Qeyd olunub ki, qızmar istilər oktyabrın 5-dək davam edəcək.

Digər tərəfdən, bəzi ştatlarda buxarlanma sürətinin sürətlə artması səbəbindən bəndlərdəki suyun miqdarı kritik səviyyəyə düşüb.

Milli Meteorologiya Xidməti iyunun 9-da ölkə daxilində yeni isti dalğasının olacağını açıqlayıb və xroniki xəstələrin lazım olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.




Aygün
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
5
bakupost.az

10Mənbələr