AZ

Meksikada həddindən artıq istilər 155 nəfərin həyatına son qoyub

Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib. Qızmar istilərin oktyabrın 5-dək davam edəcəyi paylaşılıb. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, həddindən artıq istilərin təsirli olduğu ölkədə ölənlərin sayı artarkən, bəndlərdəki suyun səviyyəsi azalır. 2024-cü ilin əvvəlindən ölkə daxilində həddindən artıq isti hava səbəbindən 155 nəfər ölüb, onların əksəriyyətinin Verakruzdan olduğu bildirilib. Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib. Səhiyyə Katibliyinin verdiyi açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb. Mətbuatda günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi bildirilib. Bildirilib ki, qızmar istilər oktyabrın 5-dək davam edəcək. Digər tərəfdən, bəzi ştatlarda buxarlanma sürətinin artması səbəbindən bəndlərdəki suyun miqdarı kritik səviyyədə azalıb. Milli Meteorologiya Xidməti iyunun 9-da ölkə daxilində yeni isti dalğasının təsirli olacağını açıqlayıb və xroniki xəstələrin lazım olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
5
bizimyol.info

10Mənbələr