AZ

Meksika yanır… Həddindən artıq istilərdən 155 nəfər ölüb

“Həddindən artıq istilərin təsirli olduğu ölkədə ölənlərin sayı artır, bəndlərdəki suyun səviyyəsi azalır”.

KONKRET.az Meksika mətbuatına istinadən xəbər verir ki,   2024-cü ilin əvvəlindən ölkə daxilində həddindən artıq isti hava səbəbindən 155 nəfər ölüb, əksəriyyəti Verakruzdadır. Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.

Səhiyyə Katibliyindən verilən açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb. Mətbuatda günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi bildirilib.

Bildirilib ki, qızmar istilər oktyabrın 5-dək davam edəcək.

Digər tərəfdən, bəzi ştatlarda buxarlanma sürətinin sürətlə artması səbəbindən bəndlərdəki suyun miqdarı kritik səviyyəyə düşüb.

Milli Meteorologiya Xidməti iyunun 9-da ölkə daxilində yeni isti dalğasının təsirli olacağını açıqladı və xroniki xəstələrə lazım olmadıqca müəyyən saatlarda çölə çıxmamaları barədə xəbərdarlıq etdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
5
konkret.az

10Mənbələr