AZ

Meksikada kəskin istilər 155 nəfərin ölümünə səbəb olub

Meksikada kəskin istilər ilin əvvəlindən indiyədək 155 nəfərin ölümünə səbəb olub.

E-huquq.az Meksika mətbuatına istinadən xəbər verir ki, ölkədə qızmar istilərin oktyabr 5-dək davam edəcəyi gözlənilir.

Məlumata görə, havanın temperaturu yüksəldikcə bəndlərdəki suyun səviyyəsi azalır.

Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.

Səhiyyə nazirliyindən verilən açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb.

Günvurma ilə bağlı təxminən 2567 nəfər xəstəxanalara müraciət edib.

Milli Meteorologiya Xidməti xroniki xəstələrin lazım olmadıqca müəyyən saatlarda çölə çıxmamasını tövsiyə edib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
e-huquq.az

10Mənbələr