AZ

Meksikada istilər 155 nəfərin həyatına son qoyub

Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib.

"Cebhe.info" Meksika mətbuatına istinadla xəbər verir ki, həddindən artıq istilərin təsirli olduğu ölkədə ölənlərin sayı artarkən, bəndlərdəki suyun səviyyəsi azalır.

2024-cü ilin əvvəlindən ölkə daxilində həddindən artıq isti hava səbəbindən 155 nəfər ölüb. Ölənlərin əksəriyyəti Verakruzdadır.

Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.

Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb.

Mətbuatda günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi bildirilib. Meksikada qızmar istilər oktyabrın 5-dək davam edəcək.

Digər tərəfdən, bəzi ştatlarda buxarlanma sürətinin sürətlə artması səbəbindən bəndlərdəki suyun miqdarı kritik səviyyəyə düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
5
cebheinfo.az

10Mənbələr