AZ

Bu ölkədə dəhşətli istilərdə ölənlərin sayı 155-ə yüksəldi

Meksikada ilin əvvəlindən normadan artıq düşən istilər səbəbindən ölənlərin sayı 155-ə yüksəlib.
Sitat.info xəbər verir ki, yerli mətbuatda yer alan xəbərə görə, həddindən artıq istilərin təsirli olduğu ölkədə ölənlərin sayı artarkən, bəndlərdəki suyun səviyyəsi azalır.

2024-cü ilin əvvəlindən ölkə daxilində həddindən artıq isti hava səbəbindən 155 nəfər ölüb, əksəriyyəti Verakruzdadır.

Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi ştatlarında havanın temperaturu 45 dərəcəni keçib.

Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb.

Mətbuatda günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfərin müraciət etdiyi bildirilib.

Bildirilib ki, qızmar istilər oktyabrın 5-dək davam edəcək. Digər tərəfdən, bəzi ştatlarda buxarlanma sürətinin sürətlə artması səbəbindən bəndlərdəki suyun miqdarı kritik səviyyəyə düşüb.

Seymur,

Sitat.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
4
sitat.info

10Mənbələr