AZ

“Zirə” rəqibini gözləyir – PÜŞKƏ DOĞRU

Bu gün Avropa Liqasında 2024/25 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrədəki Futbol Evində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycan çempionu “Zirə”nin də ilk rəqibi bəlli olacaq. Premyer Liqanın gümüş mükafatçısı püşkatmada səpələnməmişıər səbətində yer alacaq.

Rəşad Sadıqovun yetirmələrinin 6 mümkün rəqibi var. Bunlar “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Krakov, Polşa), “Pafos” (Kipr) və “Paksi”dir (Macarıstan). Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları 18-də keçiriləcək.

Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. “Qarabağ”ın Çempionlar Liqasında, “Sabah”la “Sumqayıt”ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin “Zirə”nin növbəti raundda qarşılaşa biləcəyi komanda bəlli olacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
12
idman.biz

10Mənbələr