AZ

“Zirə” Avropa Liqasında ilk rəqibini bu gün tanıyacaq

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Zirə”nin bu turnirin 1-ci təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, bu gün Avropa Liqasında 2024/2025 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

UEFA-nın İsveçrədəki Futbol Evində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycanın vitse-çempionu “Zirə”nin də ilk rəqibi bəlli olacaq. Premyer Liqanın gümüş mükafatçısı püşkatmada səpələnməmişıər səbətində yer alacaq.

Rəşad Sadıqovun yetirmələrinin 6 mümkün rəqibi var. Bunlar “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Krakov, Polşa), “Pafos” (Kipr) və “Paksi”dir (Macarıstan). Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları 18-də keçiriləcək.

Qeyd edək ki, avrokubokların 2-ci təsnifat mərhələsinin püşkü sabah atılacaq. “Qarabağ”ın UEFA Çempionlar Liqasında, “Sabah”la “Sumqayıt”ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin “Zirə”nin növbəti raundda qarşılaşa biləcəyi komanda bəlli olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
12
arena.az

10Mənbələr