AZ

Avropa Liqası: "Zirə"nin rəqibi müəyyənləşir

Bu gün Avropa Liqasında 2024/2025 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

Sportnet.az xəbər verir ki, UEFA-nın İsveçrədəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycanın vitse-çempionu "Zirə"nin də ilk rəqibi bəlli olacaq. Premyer Liqanın gümüş mükafatçısı püşkatmada səpələnməmişıər səbətində yer alacaq.

Rəşad Sadıqovun yetirmələrinin 6 mümkün rəqibi var. Bunlar "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan), "Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Paksi"dir (Macarıstan). Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları 18-də keçiriləcək.

Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşa biləcəyi komanda bəlli olacaq.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
12
sportnet.az

10Mənbələr