AZ

"Zirə"nin avrokubokdakı ilk rəqibi müəyyənləşir

Bu gün Avropa Liqasında 2024/25 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılacaq.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun İsveçrədəki Futbol Evində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycan təmsilçisi "Zirə"nin də ilk rəqibi bəlli olacaq. Premyer Liqanın gümüş mükafatçısı püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

Rəşad Sadıqovun komandasının 6 mümkün rəqibi var. Bunlar "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan), "Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Paksi"dir (Macarıstan). Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları iyulun 18-də keçiriləcək.

Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşa biləcəyi komandalar bəlli olacaq.

Seçilən
99
12
ikisahil.az

10Mənbələr