AZ

“Zirə” rəqibini gözləyir

Bakı. Trend:

Bu gün Avropa Liqasında 2024/2025 mövsümünün I təsnifatmərhələsinin püşkü atılacaq.

Trend İdman.biz-əistinadən xəbər verir ki, UEFA-nın İsveçrədəki Futbol Evindəkeçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycanın vitse-çempionu "Zirə"nin də ilk rəqibi bəlliolacaq. Premyer Liqanın gümüş mükafatçısı püşkatmadasəpələnməmişıər səbətində yer alacaq.

Rəşad Sadıqovun yetirmələrinin 6 mümkün rəqibi var. Bunlar"Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan),"Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Paksi"dir (Macarıstan).Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları 18-dəkeçiriləcək.

Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşküsabah atılacaq. "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la"Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"ninnövbəti raundda qarşılaşa biləcəyi komanda bəlli olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
10
az.trend.az

10Mənbələr