"Zirə"nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi bu turda "Şerif"lə üz-üzə gələcək.
*** 09:56
Bu gün Avropa Liqasında 2024/25 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, UEFA-nın İsveçrədəki Futbol Evində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Azərbaycan təmsilçisi "Zirə"nin də ilk rəqibi bəlli olacaq. Premyer Liqanın gümüş mükafatçısı püşkatmada səpələnməmişlər səbətində yer alacaq.
Rəşad Sadıqovun komandasının 6 mümkün rəqibi var. Bunlar "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan), "Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Paksi"dir (Macarıstan). Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları iyulun 18-də keçiriləcək.
Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşa biləcəyi komandalar bəlli olacaq.
BAKU.WS