AZ

Ronaldonun göz yaşları və Portuqaliyaya gedən kubok

2016-cı il Avropa Çempionatı sayca 15-ci turnir idi. Bu dəfə bu turnirə Fransa ev sahibliyi edirdi. Onlar 2010-cu ildə keçirilən səsvermədə İtaliya və Türkiuyəni qabaqlayaraq bu hüquqa sahib çıxmışıdlar. Bu turnir komanda sayına görə Avropa çempionatları tarixində ilkə imza atdı. Belə ki, ilk dəfə 24 komanda Avropa çempionu adı uğurunda mübarizə aparacaqdı.

10 iyunda start götürəcək yarış düz 1 ay davam edəcək və iyulun 10-da final oyunu ilə yekunlaşacaqdı.  1996-cı ildən bəri 16 komandanın iştirak etdiyi Avropa Futbol Çempionatında ilk dəfə olaraq 24 komanda çıxışına qərar verən UEFA bununla həm coğrafiyanı genişləndirməyi, həm də təbii ki, maddi baxımdan daha çox qazanc qazanmağı düşünmüşdü. Yeni formata görə, 24 komanda hər birində 4 komanda olmaqla 6 qrupda mübarizə aparırdı.  Matçlar 10 şəhərdə 10 fərqli stadionda oynanılacaq.

Bunlar: Bordo, Lans, Lill, Lion, Marsel, Nis, Paris, Seynt-Denis, Seynt-Éttyen və Tuluzadır.  Bu turnir Fransanın ev sahibliyi etdiyi 3-cü Avropa çempionatı idi İlk çempionat həm də Avropa çempionatları tarixində ilk olan 1960-cı il çempionatı idi. Hansı ki, qalib adını SSRİ qazanmışdı. Fransızlar ikinci dəfə 1980-ci ildə Avropa çempionatına ev sahibliyi etmiş və qalib adını qazanmışdılar. 2016-cı il bu mənada üçüncü turnir idi.  İştirakçılar qruplar üzrə belə bölünmüşdülər:

A qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə

B qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya

C qrupu: Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya

D qrupu: İspaniya, Çexiya, Türkiyə, Xorvatiya

E qrupu: Belçika, İtaliya, İrlandiya, İsveç

F qrupu: Portuqaliya, Avstriya, Macarıstan, İslandiya

Turnirdə ciddi bir sensassiya baş vermədi. Bütün favoritlər qrupdan çıxdı. Sadəcə, Uels-in yarımfinala qədər irəliləməsi bir qədər gözlənilməz oldu. Onların xüsusilə ¼ finalda güclü Belçikanı mübarizədən kənarlaşdırması sürpriz oldu. Dünya nəhəngləri Almaniya ilə İtaliyanın ¼ finaldakı mübarizəsi də diqqət çəkdi. Oyun sonrası penaltilərlə qalib gələn almanlar yarımfinala vəsiqə qazandı.Lakin yarımfinalda ev sahibi Fransaya 0:2 mçəğlub olaraq, mübarizəni dayandırdı.

“Uels nağılı” isə Portuqaliya ilə oyunda bitdi. Beləliklə, finalda Fransa Portuqaliyaü üz-üzə gəlməli oldu. Təbii ki, ilk növbədə diqqətlər Ronaldonun üzərində idi. Lakin oyunun startı ulduz futbolçu və komanda yoldaşları üçün şok olayla yadda qaldı. Ronaldo epizodların birində ciddi zədə alır. Çoxları bunu birmənalı qarşılamır və düşünür ki, Payet portuqaliyalı ulduzu bilərəkdən zədələyir. Hətta buna görə fransıza nifrət bəsləyənlər də olduı. "7 nömrə" bir neçə dəfə oynamağa cəhd etsə də, bacarmır və göz yaşları içində meydançanı vaxtından əvvəl tərk edir.

Çoxları bununla Fransanın böyük üstünlük əldə etdiyini və kuboka çıxacağını düşünsə də portuqallar sona qədər dirənc göstərib Ronaldosuz da Avropa çempionluğunu qazanmaq gücündə olduqlarını sübut etdilər.

Qalib 90 dəqiqədə müəyyən olunmayınca hakim əlavə yarım saat təyin etdi. Matçın 116-cı dəqiqəsi gedir və hər böyük əksəriyyət qalibi penaltilərin müəyyənləşdirəcəyi qənaətindədir. Lakin bu zaman səhnəə çoxunun tanımadığı Eder çıxır və öldürücü zərbə ilə Fransanı hüzürə, Portuqaliyanı isə bayrama qərq edir…

10 iyun

Fransa - Rumıniya – 2:1

Qollar: Jiru, 57; Paye, 89 - Boqdan Stanku, 65 (pen.)

11 iyun

Albaniya - İsveçrə - 0:1

Qol: Fabian Şar, 5

Uels - Slovakiya – 2:1

Qollar: Beyl, 10; Robson-Kanu, 81 - Duda, 61

İngiltərə - Rusiya – 1:1

Qollar: Dayer, 73 - Vasili Berezutski, 90+2

12 iyun

Türkiyə - Xorvatiya – 0:1

Qol: Modriç, 41

Polşa - Şimali İrlandiya – 1:0

Qol: Milik, 51

Almaniya - Ukrayna – 2:0

Qollar: Mustafi, 19; Şvaynştayger, 90+2

13 iyun

İspaniya - Çexiya - 1:0

Qol: Pike, 87

İrlandiya - İsveç - 1:1

Qollar: Ulohan, 47 - Klark, 70 (avtoqol)

Belçika - İtaliya - 0:2

Qollar: Caççerini, 32; Pelle, 90+2

14 iyun

Avstriya - Macarıstan - 0:2

Qollar: Salai, 63; Ştiber, 87

Portuqaliya - İslandiya - 1:1

Qollar: Nani, 31 - Byarnasson, 50

15 iyun

Rusiya - Slovakiya - 1:2

Qollar: Qluşakov, 80 - Vays, 32; Hamşik, 45

Rumıniya - İsveçrə - 1:1

Qollar: Stanku, 18 (pen.) - Mehmedi, 56

Fransa - Albaniya - 2:0

Qollar: Qrizmann, 90; Paye, 90+5

16 iyun

İngiltərə - Uels - 2:1

Qollar: Vardi, 56; Starric, 90+2 - Beyl, 42

Ukrayna - Şimali İrlandiya - 0:2

Qollar: Makauli, 49; Makqin, 90+6

Almaniya - Polşa - 0:0

17 iyun

İtaliya - İsveç - 1:0

Qol: Eder, 88

Çexiya - Xorvatiya - 2:2

Qollar: Şkoda, 76; Netsid, 90+2 - Perişiç, 37; Rakitiç, 58

İspaniya - Türkiyə - 3:0

Qollar: Morata, 35, 48; Nolito, 37

18 iyun

Belçika - İrlandiya - 3:0

Qollar: Lukaku, 48, 70; Vitsel, 61

İslandiya - Macarıstan - 1:1

Qollar: Siqurdsson, 39 - Seversson, 88 (avtoqol)

Portuqaliya - Avstriya - 0:0

19 iyun

İsveçrə - Fransa - 0:0

Rumıniya - Albaniya - 0:1

Qol: Sadiku, 43

20 iyun

Slovakiya - İngiltərə - 0:0

Rusiya - Uels - 0:3

Qollar: Remsi, 11; Teylor, 20; Beyl, 67

21 iyun

Şimali İrlandiya - Almaniya - 0:1

Qol: Mario Qomes, 30

Ukrayna - Polşa - 0:1

Qol: Blaşikovski, 54

Xorvatiya - İspaniya - 2:1

Qollar: Kaliniç, 45; Perişiç, 87 - Morata, 7

Çexiya - Türkiyə - 0:2

Qollar: Burak, 10; Ozan Tufan, 64

22 iyun

Macarıstan - Portuqaliya - 3:3

Qollar: Gera, 18, Cucak, 47, 55 - Nani, 41, Ronaldo, 50, 62

İslandiya - Avstriya - 2:1

Qollar: Bödvarsson, 18; Traustason, 90+4 - Şöpf, 60

İsveç - Belçika - 0:1

Qol: Naynqqolan, 84

İtaliya - İrlandiya - 0:1

Qol: Bredli, 85

1/8 final

25 iyun

1. İsveçrə - Polşa - 1:1 (penaltilər: 4:5)

Qollar: Şakiri, 83 - Blaşikovski, 39

2. Uels – Şimali İrlandiya - 1:0

Qol: Makoli, 75 (öz qapısına)

3. Xorvatiya - Portuqaliya - 0:1 (əlavə vaxtda)

Qol: Quaresma, 116

26 iyun

4. Fransa - İrlandiya - 2:1

Qollar: Antuan Qrizman, 57, 62 - Robbi Bredi, 3 (pen.)

5. Almaniya - Slovakiya - 3:0

Qollar: Boatenq, 7, Mario Qomez, 43, Draksler, 63

6. Macarıstan – Belçika - 0:4

Qollar: Tobi Alderveyreld, 9, Batşuay, 78, Hazard, 80, Karrasko, 90

27 iyun

7. İtaliya – İspaniya - 2:0

Qollar: Kyellini, 33, Pelle, 90+1

8. İngiltərə - İslandiya - 1:2

Qollar: Runi, 4 (pen.) - Siqurdson, 6, Siktorson, 18

1/4 final

30 iyun

9. Polşa - Portuqaliya - 1:1 (pen: 4:5)

Qollar: Levandovski, 2 - Renato Sançez, 33

1 iyul

10. Uels - Belçika - 3:1

Qollar: Eşli Uilyams, 31, Robson-Kanu, 55, Sem Vouks, 84 - Naynqolan, 13

2 iyul

11. Almaniya - İtaliya - 1:1 (pen: 6:5)

Qollar: Məsut, 65 - Bonuççi, 78 (pen.)

3 iyul

12. Fransa - İslandiya - 5:2

Qollar: Jiru, 13, 59, Poqba, 20, Paye, 42, Qrizman, 44 - Siqtorson, 56, Byarnason, 83

Yarımfinal

6 iyul

13. Portuqaliya - Uels - 2:0

Qollar: Ronaldo, 50; Nani, 53

7 iyul

14. Almaniya - Fransa (Marsel) - 0:2

Qollar: Qrizman, 45 (pen.), 72

Final

10 iyul

15. Portuqaliya - Fransa - 1:0

Qol: Eder, 109

 

Hazırladı Anar XANLAROV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
28
rekord.az

10Mənbələr